Kimi namərd gülləsindən, də qəzadan həlak olur

Ötən həftəsonu, təəssüf ki, planetimizin ayrı-ayrı bölgələrində insan itkisinə səbəb olmuş qəzalarla da əlamətdar olub. Belə ki, ABŞ-ın Alabama ştatında silahlı insident baş verib. Obern Universiteti yaxınlığında təşkil edilmiş əyləncəli tədbir zamanı naməlum şəxs ətrafdakılara atəş açıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, eyni sayda insan isə yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağırdır. Həkimlərin verdiyi məlumata görə, güllə onun baş nahiyyəsindən dəyib. Ölənlərdən ikisinin universitetin futbol komandasının keçmiş oyunçuları olduğu bildirilir. Əraziyə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Hüquq-mühafizə orqanları cinayəti törətməkdə təqsirli bilinən Dezmonte Leonardın axtarışına başlayıb. Polis qurbanların futbol komandasının hazırkı və keçmiş üzvləri olduğuna əsaslanaraq hadisənin motivinin futbol komandası ilə bağlı olduğunu ehtimal edir. Şahidlərin sözlərinə görə, tədbir zamanı naməlum bir şəxs onlara yaxınlaşaraq hansısa qadınla bağlı mübahisə etməyə başlayıb. Nəticədə dava düşüb və həmin şəxs ətrafdakılara atəş açmağa başlayıb.
Qeyd edək ki, bu universitetin "Obern pələngləri" futbol komandası universitetlərarası çempionatda ən güclü komandalardan hesab edilir və 2010-cu ildə futbol turnirinin qalibi olub. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, ötən gün ABŞ-ın Kaliforniya ştatında da silahlı insident yaşanıb. Silahlı şəxs Kaliforniya ştatının Sakramento şəhərində evə basqın edərək üç nəfəri qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb. Silahlı şəxsin özü ev sakinlərindən biri tərəfindən öldürülüb. Evə zorla daxil olma əlamətləri aşkar olunmayıb. Cinayətin motivləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Ukraynada isə yaşayış binasının uçması və təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 33 insan yaralanıb. Birinci hadisə Lutsk şəhərində baş verib. Ukrayna polisinin verdiyi məlumata görə, 5 mərtəbəli binanın uçması nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Xilasedilicilər dağıntılar altından 4 yaşlı uşağı sağ çıxara biliblər. Hələ də dağıntılar altında qalanlar olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Binanın uçma səbəbi dəqiq məlum olmasa da, ilkin ehtimal kimi onun köhnə və qəzalı olması göstərilir. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Kiyev vilayətinin Brodyanka şəhərinin yaxınlığında isə paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb. Leysan və güclü külək səbəbindən təyyarə geri qayıtmaq məcburiyyətində qalıb və sərt eniş edib. Nəticədə 5 nəfər həlak olub, 15 adam isə yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Daha bir bədbəxt hadisə Peruda baş verib. Göyərtəsində xarici turistlərin olduğu helikopter qəzaya uğrayıb. "Sikorskay S-58ET" tipli helikopterin qalıqları qəzadan 1 sutka sonra dağlıq ərazidə, 5 min metr yüksəklikdə aşkar edilib. Göyərtədə səkkizi cənubi koreyalı, üçü holland, çex və isveç, üç heyət üzvü isə perulu olmaqla, 14 nəfərin hamısı həlak olub. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə catıb və ərazidə axtarış-xilasetmə işlərinə başlayıblar. Qeyd edək ki, helikopter Perunun Mazuko şəhərindən Kusko şəhərinə uçurdu. Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.

{nl}

Aida AYSA, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında