Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 105,8 faiz icra etmişdir

2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1087 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 284,7 milyon manat və ya 35,5 faiz çoxdur. Bu barədə DSMF-nun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda söz açılır.
Məlumatda həmçinin bildirilir ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 13,2 faiz və ya 61,3 milyon manat artaraq 524,7 milyon manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,7 faizi və ya 313,1 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləğində də irəliləyiş nəzərə çarpır. Bu məbləğ əvvəlki ilə nisbətən 14,5 faiz və ya 39,7 milyon manat artmış, proqnoz isə 105,8 faiz icra olunmuşdur. Ötən dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 12,9 faiz artmışdır. 2012-ci ilin yanvar-may aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 211,7 milyon manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz və ya 21,6 milyon manat artmışdır.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 2 milyon manat təşkil etmişdir. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
2012-ci ilin yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1011 milyon manat olmuşdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 994,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 253,1 milyon manat və ya 34,1 faiz çoxdur. Pensiya xərcləri isə 2011-ci ilin müvafiq dövrünə nisbətən 35,1 faiz və ya 252,3 milyon manat artaraq 971,7 milyon manat təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. 2012-ci ilin yanvar-may aylarında əhaliyə 22,8 milyon manat məbləğində müavinət ödənilmişdir.
Məlumatda son olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 16,5 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 96 milyon manat və ya 5,5 faiz azdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında