Media təmsilçiləri Nizami rayonunda

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirildi. Tədbirdə Nizami rayon ictimaiyyətinin və 30-a yaxın kütləvi informasiya vasitəsinin təmsilçisi iştirak edirdi. 
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarına konfrans barədə məlumat verdi. Bu cür tədbirlərin ənənə halını aldığını söyləyən icra başçısı ötən il də rayonda belə bir konfransın keçirildiyini diqqətə çatdırdı.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi fondunun icraçı direktoru Vüqar Səfərli Fondun fəaliyyətindən söz açaraq bildirdi ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübənin mənimsənilməsinə kömək edən çoxsaylı layihələr icra edilib.Hazırda ölkədə 5 minə yaxın KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda 300-ə yaxın dövrü mətbuat dərc olunur ki, onlardan da 30-a yaxını gündəlik qəzetlərdir.
Dövlətin mətbuata mütəmadi qayğı göstərdiyini söyləyən Vüqar Səfərli qeyd etdi ki, fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini bildirdi.
Diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirildi. Çıxışlarda icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüldü.
Sonda KİVDF ilə Nizami RİH-in birgə elan etdiyi "Nizami rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin şərtləri açıqlandı.

{nl}

Namiq QƏDİMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında