Hamı yaşaya bilmir bir ömürdə yüz ömrü...

Bayaqdan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova ilə ötən ilin sentyabrında istifadəyə verilmiş Heydər Əliyev muzey-mərkəzini gəzirik. Bəri başdan qeyd edək ki, çox yüksək zövqlə, ümummilli liderin adına layiq inşa olunmuş mərkəz artıq ağstafalıların əsl ziyarətgahına çevrilib. "Heydər Əliyev Fondunun təşəbbüsü ilə "AKKORD" şirkətlər qrupu tərəfindən inşa olunmuş mərkəz nəinki rayon və respublika tədbirlərinin keçirildiyi bir məkandır, həm də böyük ideoloji, siyasi təbliğat mərkəzi, gənc nəslin müasir həyatda yaxşı nə varsa öyrəndiyi, məşğul olduğu yerdir.

{nl}

Əvvəla mərkəz elə layihələndirilmişdir ki, onun bütün otaqları, foyesi, akt zalı və digər guşələri gənc nəslin yaradıcı inkişafı üçün faydalıdır. Zalın səhnəsində kiçik teatr tamaşaları, klassik və estrada musiqisi konsertləri, yaradıcı kollektivlərin regional müsabiqələrinin keçirilməsi mümkündür. Əsasən tədris, dərnək və inzibati otaqlardan ibarət dördmərtəbəli korpusun müasir lifti var. Mərkəzin 4 korpusu ilə əhatə olunmuş dekorativ bağ əraziyə xüsusi gözəllik verir.

{nl}

Ərazidə ulu öndər Heydər Əliyevin əzəmətli abidə kompleksi ucaldılmışdır. Hər yer gül-çiçək, yaşıllıqdır. Burada tamaşa meydanı, fəvvarə, çoxlu sayda oturacaqlar quraşdırılmışdır. Ümumi sahəsi 1200 kvadratmetr olan birinci və ikinci mərtəbələrin foyesi xüsusi olaraq elə quraşdırılmışdır ki, burada müxtəlif sərgi və təqdimat mərasimləri keçirilir. Artıq burada həm tanınmış fırça ustalarının, həm də gənc rəssamların sərgiləri keçirilib və ağsatafalılar tərəfindən böyük maraqla qarşılanıb.

{nl}

Mərkəzin muzey hissəsi üç bölmədən ibarətdir. Birinci bölmə ulu öndərin Ağstafa rayonuna səfərləri, bölgənin inkişafı üçün gördüyü misilsiz işlərə həsr olunub. İkinci bölmədə isə nadir arxiv materialları toplanıb və onlar ümummilli liderin Sovet dövründəki fəaliyyətini xronoloji qaydada əks etdirir. Başqa muzeylərdə görmədiyimiz elə foto materiallara, arxiv sənədlərinə rast gəldik ki, heyrətimizi gizlədə bilmədik.

{nl}

Üçüncü bölmədə müstəqil Azərbaycanın yeni dövrü təqdim olunur. Qeyd edək ki, fotoşəkillərin son dərəcə dəqiq, dürüst seçilməsi Heydər Əliyev şəxsiyyəti haqqında tam və dürüst məlumat almağa, onun çoxsahəli fəaliyyəti ilə tanış olmağa imkan yaradır.

{nl}

Yüksək akustikaya malik, amfiteatr üslubunda tikilmiş və 400 nəfər tamaşaçı tutumu olan zal başqa bir aləmdir. Bir azdan burada ulu öndər Heydər Əliyevin vəfatının altıncı ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya başlanacaq.

{nl}

...Muzey mərkəz həm də ona görə adamda xoş təəssürat oyadır ki, bura işlək, canlı bir məkana çevrilib. Yüksək sürətli internet, linqafon və elektron kitabxana zallarında 50-dən çox kompyuter quraşdırılıb. Hamısının da arxasında yeniyetmə gənclər əyləşib. Kimi xarici dil öyrənir, bir başqası mərkəzin başqa yerlərlə əlaqəsini qurur, bir başqası mərkəzin 50 nəfərlik kiçik iclas zalında sənədli filmlərə baxır, qeydlər aparır.

{nl}

Lalə Eyyubova deyir ki, mərkəzin gücündən maksimum istifadə etməyə çalışırıq. Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov mərkəzin necə işləməsi ilə nəinki hər gün, mən deyərdim hər saat, hər dəqiqə maraqlanır, tez-tez buraya gəlir, uşaqların işi ilə tanış olur, müxtəlif tədbirlərin keçirilməsini tövsiyə edir və konkret köməklik göstərir.

{nl}

...Bir azdan əllərində qərənfil tutmuş yüzlərlə gənc, ağsaqqal, tələbə, şagird, həkim, müəllim, fəhlə cərgə ilə ulu öndərin abidə kompleksi önünə yaxınlaşır. Bir anda ağ mərmər abidənin dörd yanı qırmızı rəngə boyanır. Qərənfillər, təzə-tər çiçəklər... Ağstafalılar bu hüznlü dekabr günündə bir daha ulu öndərin xatirəsini yad edirlər.

{nl}

Sonra isə muzey-mərkəzdə anım mərasimi başlanır. Rayon icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edir, gənc nəsli Heydər Əlyev kimi yaşamağa, fəaliyyət göstərməyə çağırır, ulu öndərin misilsiz xidmətlərinin əvəzində daha yaxşı işləiməyə, Vətənimizin qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməməyə səsləyir.

{nl}

Musiqi, mahnı, şeir bir-birini əvəz edir. Rayon mədəniyyət evinin və məktəblilərin hazırladıqları kompozisiya hamının üzünə bir kədər-qüssə çökdürsə də gözlərdə xoşbəxt gələcəyə bir inam hiss olunur. Bu inamı ulu öndər və bu gün Azərbaycanı yüksəklərə qaldıran Prezidentimiz İlham Əliyev yaradıb.
...Hamı yaşaya bilmir bir ömürdə yüz ömrü... Nəzmə çəkilmiş bu sətirlər sanki gecənin leytmotivinə çevrilir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında