Sumqayıt Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd olundu

Ölkəmizdə kəskin ictimai-siyasi xaosun hökm sürdüyü, Qarabağ bölgəsində erməni silahlı qüvvələrinin torpaqlarımızı işğal etdiyi çətin bir dövrdə xalqın təkidli tələbləri ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev az müddətdə ölkədəki böhranlı vəziyyəti sabitləşdirmiş, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmişdir. Bu gün xalqımız haqlı olaraq böyük qayıdışın gerçəkləşdiyi həmin tarixi günü - iyunun 15-ni Milli Qurtuluş Günü kimi qeyd edir.
Sumqayıt Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş toplantı keçirilmişdir. Tədbiri universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq sınaqlarla dolu yaxın tarixi keçmişimizin siyasi mənzərəsini canlandırdı, ümummilli liderin xilaskarlıq missiyasını necə böyük uzaqgörənlik və fədakarlıqla yerinə yetirməsini faktlarla diqqətə çatdırdı. Unudulmaz dahi şəxsiyyətin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" kəlamını xatırladan rektor fikirlərini bu yolda atılan tarixi addımlar, ölkəmizin sosial-iqtisadi inkişafı, dünya birliyində ilbəil mövqelərini möhkəmləndirməsi ilə bağlı konkret faktlarla əsaslandırdı. Natiq respublikamızın Qafqazda lider dövlətə çevrilməsi, dünyanı bürüyən dərin maliyyə böhranı şəraitində Azərbaycanda qlobal iqtisadi layihələrin uğurla həyata keçirilməsi, təhsil, səhiyyə və mədəniyyətin tərəqqisi, elə ötən ay "Avroviziya" yarışmasının Bakıda möhtəşəm təşkili kimi məsələləri önə çəkərək bildirdi ki, bütün bu uğurlar bədxahlarımızı qıcıqlandırır və onlar ölkəmiz əleyhinə çirkin təbliğat aparırlar. Məsələn, qonşu İran İslam Respublikasında bəzi dairələr Azərbaycanın xarici siyasətinə belə müdaxilə etməyə əbəs cəhdlər göstərmək istəyirlər. Biz belə hallara qarşı ayıq-sayıq olmalı, milli və dövlət müstəqilliyimizin hər hansı təhdidlərlə üzləşməsinə yol verməməliyik.
Toplantıda çıxış edən müəllimlər, tələbələr Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik etdilər, heç bir qüvvənin Azərbaycanın dövlət müstəqilliyini sarsıda bilməyəcəyinə qəti inamlarını ifadə etdilər. Xüsusi vurğulandı ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən də qonşu ölkələrlə sülh, qarşılıqlı anlaşma və dostluq münasibətləri qurmaq xəttinə sadiqdir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi xarici siyasət xəttini, bu yöndə atdığı bütün addımları ürəkdən dəstəkləyir.
Sonda toplantı iştirakçılarının adından bəyanat qəbul edildi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında