Baş Prokurorluq Dövlət Yol Polisi İdarəsi əməkdaşının ölümü ilə bağlı məlumat yaymışdır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət Yol Polisi İdarəsi əməkdaşının ölümü ilə bağlı məlumat yaymışdır.
Baş Prokurorluğun saytında yerləşdirilmiş məlumatda deyilir ki, iyunun 8-də saat 16:40 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan "VAZ 2107" markalı 10 MN 839 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfayıl oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmamış və yol hərəkəti qaydalarını pozmaqda davam etmişdir. Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyükşor şosesində xidmət aparan digər YPX-nin əməkdaşlarına xüsusi rabitə vasitəsilə məlumat vermişlər. H.İsmayılov avtomobili daha yüksək surətlə idarə edərək onu saxlamaq üçün yolun kənarında dayanmış YPX-nin əməkdaşı Mehman Kərimovu vurmuş və hadisə yerindən qaçmışdır. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi açılmışdır.
Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılov şübhəli şəxs qismində tutulmuşdur.
H.İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında