Xüsusi Olimpiya Komitəsinin Salyanda növbəti layihəsi

Əqli cəhətdən geri qalan insanların sağlam həyat tərzi keçməsi və bərpası, bədən tərbiyəsi və idmanla mütəmadi məşğul olması məqsədilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi (XOK) Salyanda növbəti layihəyə start verib.
Altı ay davam edəcək layihə çərçivəsində UNİSEF-in maliyyə dəstəyi ilə bu ilin noyabrında keçiriləcək futbol və voleybol üzrə regional yarışlara hazırlıq məqsədilə təlim-məşqlər keçiriləcək. Təlim-məşqlərdə əqli imkanları məhdud olan uşaqlar məktəbyaşlı sağlam uşaqlarla birgə (futbol üzrə 12, voleybol üzrə 8 komanda) iştirak edirlər.
Qeyd edək ki, XOK-un UNİCEF-lə ilkin əməkdaşlığı 2007-ci ildən başlayıb. Əməkdaşlıq çərçivəsində 2011-ci ildə Gəncə və Göyçay şəhərlərində Xüsusi Olimpiya Regional filialları yaradılıb, o cümlədən əqli imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan xüsusi məktəb, internat uşaqlarının sağlam məktəbyaşlı uşaqlarla birgə voleybol və futbol bölmələrinə cəlb olunması, onların ilboyu təlim-məşq prosesinin təşkili və idman yarışlarında iştirakını təmin etmək üçün layihə həyata kecirilib.
Quba, İsmayıllı, Zaqatala, Mingəçevir, Tovuz və Naxçıvanda da bu istiqamətdə işlərin görülməsi planlaşdırılır. UNICEF və Xüsusi Olimpiya Komitəsi Azərbaycanda əlilliyi olan uşaqların dəstəklənməsi üçün bərabər imkanları təşviq etmək və idman vasitəsilə onların tam potensiallarına nail olmalarına yardım etmək üçün birgə Anlaşma Memorandumu imzalayıblar. Tərəfdaşlıq əqli əlilliyi olan uşaq və gənclərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərin təşviq edilməsi üçün birgə təşviqat kampaniyasının aparılmasını nəzərdə tutur.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında