Gənclər ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yaradılmış şəffaf prosedurlardan yararlanırlar

Ədliyyə Nazirliyinə yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrların aşkarlıq şəraitində qulluğa qəbulu davam edir. 
Bununla əlaqədar cari il aprelin əvvəlində elan edilmiş növbəti açıq müsabiqə üzrə iyunun 9-da aşkarlıq şəraitində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında 308 namizədin iştirakı ilə test imtahanı keçirilmişdir.
Müsabiqə proseduru xeyli sadələşdirilmiş və test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayət olmuşdur. Namizədlər ərizənin formasını Ədliyyə Nazirliyindən və nazirliyin internet səhifəsindən (www.justice.gov.az) əldə etmişlər.
Test sualları bilavasitə imtahan zalında namizədlərin, həmçinin çoxsaylı yerli və beynəlxalq təşkilatlardan olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə seçilmiş və imtahandan dərhal sonra cavab kartları yoxlanılaraq nəticələr yerindəcə elan olunmuşdur.
Bütün imtahan prosesi internetdə Ədliyyə Nazirliyinin səhifəsində "online" rejimində birbaşa yayımlanmışdır.
Şəffaflığın təmin edilməsi məqsədilə test imtahanında tətbiq edilən prosedurlar müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.
Qaydalara əsasən, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuş və imtahanda 109 namizəd müvəffəqiyyət qazanmışdır.
Namizədlərin tərkibinin təhlili göstərmişdir ki, onlar müxtəlif regionlardan olmaqla, əsasən ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olan gənclərdir. Eyni zamanda uğur qazananların arasında ədliyyə sahələrində yardımçı vəzifələrdə və digər təşkilatlarda çalışan hüquqşünaslar vardır.
Test imtahanında müvəffəqiyyət qazanmış namizədlər qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində nazirliyin kadrlar idarəsinə təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilmişdir.
Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar və onlarla fərdi qaydada söhbət aparılacaqdır.
Müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.
Müsabiqədən uğurla keçəcək namizədlər peşə fəaliyyətinə buraxılması məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazanan namizədlər qəbul olunacaqlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında