Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya Federasiyasının İnquşetiya və Tatarıstan respublikalarına səfər edəcəkdir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İnquşetiya Respublikasının yaranmasının 20 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün iyunun 9-da Rusiya Federasiyasına səfər edəcəkdir.
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, səfər İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun dəvəti ilə həyata keçiriləcəkdir.
Allahşükür Paşazadə iyunun 10-da Rusiya Federasiyasının Tatarıstan Respublikasına gedəcəkdir.
Tatarıstan Respublikasının Prezidenti Rustəm Minnixanovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində A.Paşazadə fəxri qonaq qismində Volqa Bulqarıstanında İslamın qəbul edilməsinin ildönümü münasibətilə Kazan şəhərində və tarixi Bulqar ərazisində keçiriləcək təntənəli tədbirlərdə, habelə yeni məscid kompleksinin açılışında iştirak edəcəkdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında