Nəsimi rayonunda "Sağlam ailə sağlam gələcəyin təminatıdır" aksiyası çərçivəsində tədbir

Nəsimi rayonunda rayon icra hakimiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" aksiyası çərçivəsində tədbir keçirmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bu aksiyanın əhəmiyyətindən danışmış və onun milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin təşəkkül tapması, gənc nəslin mənəvi və fiziki sağlamlığı cəhətdən vacibliyini vurğulamışdır. Natiq bildirmişdir ki, müasir dövrdə dünya ölkələrini narahat edən əsas problemlərdən biri də ailə institutunun qorunub saxlanılması məsələsidir və bu məsələnin aktuallığı gündən-günə artmaqdadır. Məhz buna görə də gənc nəsil arasında ailə dəyərlərinin qorunması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində ölkəmizdə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilir. Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti yüksək dəyərləndirilməlidir.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva çıxışında bildirmişdir ki, yeni nəslin, ailə quran gənclərin sağlamlığının təminatı və onların rifahının artırılması daim dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. AQUPDK-nin başladığı "Sağlam ailə sağlam gələcəyin təminatıdır" aksiyası artıq Bakının bir sıra rayonlarında keçirilmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Nəsimi Rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərova və "Sağlam ailə" tibb mərkəzinin direktoru Vüqar Eyvazlının hüquqi maarifləndirmə, nikah müqaviləsinin əhəmiyyəti, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin zəruriliyi mövzularında çıxışları dinlənildi. Bildirildi ki, bu gün Azərbaycanda gənclərin, xüsusilə də ailə həyatı qurmağa hazırlaşan gənclərin hər birinin sağlamlığı və onların səhhətindəki problemlərin öyrənilərək gələcəkdə yarana biləcək potensial təhlükələrdən sığortalanması üçün böyük işlər görülür. "Ailə məcəlləsi"nə ediləcək əlavə və dəyişikliklər də bu məqsədə xidmət edir. Həmin məcəllədə ailə qurmağa hazırlaşan gənclərin nikahdan əvvəl tibbi müayinədən keçməsi və bu haqda müvafiq qurumlara sənəd təqdim etməsi məsələsinin də yer alması nəzərdə tutulmuşdur.
İştirakçılara AQUPDK tərəfindən hazırlanmış "Reproduktiv sağlamlıq. Nikahdan əvvəl tibbi müayinə", "QİÇS sağalmaz xəstəlikdir", "Uşaq-valideyn münasibətləri", "Sağlam həyat tərzi", "Yaşlılara qayğı və hörmət təlimatları", "Qan qohumları arasında nikah və onun fəsadları" adlı bukletlər paylandı.
Ailə quran iki gəncin nikah mərasimi keçirildi. Həmin gənclərə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyə verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında