Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq Trabzon Bəyannaməsi imzalanmışdır

İyunun 8-də Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirilmişdir.  
Mətbuat konfransında əvvəlcə görüşün nəticəsi olaraq üçtərəfli Trabzon Bəyannaməsi imzalanmışdır. Sonra nazirlər çıxış etmişlər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini bildirmişdir. O, həmçinin iyunun 9-da Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə hər üç ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini söyləmişdir.
Cəbhə xəttində baş verən son hadisələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını göstərdiyini vurğulayan nazir problemin Cənubi Qafqazın təhlükəsizliyini və sabitliyini sarsıtdığını, regionun gələcəyi üçün təhlükə yaratdığını qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında