Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü

İyunun 8-də Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilmişdir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E.Məmmədyarov regional əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirmiş, üç ölkə arasında enerji və infrastruktur layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulamışdır. 
E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda oynadığı mühüm rolu, tranzit baxımından ölkəmizin əhəmiyyətini nəzərə alaraq, regional əməkdaşlığa töhfəsini qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan azərbaycanlı nazir məsələnin yalnız beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulamışdır. Münaqişənin həllindən yalnız xalqların bəhrələnəcəyini qeyd edən E.Məmmədyarov işğalçı siyasətin regionda əməkdaşlığı sarsıtdığını vurğulamışdır. Nazir işğalçılıq və etnik təmizləmə siyasətini həyata keçirmiş, beynəlxalq hüququn norma və prinsiplərini pozan ölkə ilə əməkdaşlıq edilməyəcəyini bildirmişdir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bir sıra istiqamətlərdə, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulamışdır.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirən E.Məmmədyarov mehriban qonşuluq siyasətinin respublikamızın əsas prioritetlərindən biri olduğunu demişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında