NATO Cənubi Qafqaz regionunda Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

İyunun 8-də Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Azərbaycan və NATO əməkdaşlığı, NATO-nun Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, NATO-nun, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
Konfransda AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, acı nəticələrindən danışmışdır. Ermənistanın cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam etdiyini diqqətə çatdırmışdır. O demişdir ki, bildiyimiz kimi NATO stabillik və təhlükəsizliyi təmin edən təşkilatdır. Ona görə də düşünürük ki, NATO-nun bu münaqişənin nizamlanmasına dəstək verməsi faydalı olardı.
A.Mustafayeva qeyd etmişdir ki, qurumun Çikaqo sammitində qəbul olunan sənədlərdə münaqişələrin sülh və diplomatik yolla həlli öz əksini tapmışdır. Lakin təəssüflər ki, Cənubi Qafqazda Ermənistanın qeyri-konstruktiv mövqeyi və atəşkəsi tez-tez pozması Dağlıq Qarabağ münaqişəsinin çözümünə öz mənfi təsirini göstərməkdədir. Ermənistanın münaqişənin həlli, Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymaması ciddi və haqlı narazılıq doğurur.
AHK-in və Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanın NATO-ya inteqrasiya etdiyini və bu təşkilatın bütün təşəbbüslərini dəstəklədiyini xüsusi qeyd etmişdir.
NATO-nun Azərbaycandakı əlaqələndiricisi, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Şimali Atlantika Alyansının Çikaqo sammitinin nəticələri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, NATO Çikaqo Sammitindən sonra hərbi baxışlarla yanaşı, siyasi mövqelərə də diqqət yetirməyə başlamışdır. Cənubi Qafqaz regionunun təhlükəsizliyinə önəm verən NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Çikaqo Bəyannaməsində növbəti dəfə Azərbaycanın suverenliyi təsdiqlənmiş və NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli həllini dəstəklədiyi ifadə olunmuşdur. Alyans Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir.
NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lau demişdir ki, NATO ilə Azərbaycan çox güclü tərəfdaşdırlar. Bu tərəfdaşlıq özünü İSAF proqramı çərçivəsində daha parlaq göstərir. O, Azərbaycanın NATO-nun Əfqanıstandakı sülhyaratma əməliyyatlarındakı iştirakının da yüksək qiymətləndirildiyini bildirmişdir.
Konfrans işini sessiyalarda davam etmişdir. Sessiyalarda "Təhlükəsizlik məsələləri müdafiə sektorunda islahatlar və Avratlantik məkana inteqrasiya - Azərbaycandan və NATO-dan baxış", "Azərbaycan və NATO üçün Sammitdən sonrakı dövrdə yeni imkanlar", "NATO-nun Çikaqo Sammiti: müttəfiqlər və tərəfdaş ölkələr üçün yeni çağırışlar və üfüqlər", "Azərbaycan ilə NATO arasında gələcək əməkdaşlığın potensialı - elmi düşüncələr" mövzularında məruzələr dinlənilmişdir.
NATO İctimai Diplomatiya Bölməsinin Əməkdaşlıq şöbəsinin rəhbəri Mişel Duray Brüsseldən videokonfrans vasitəsilə tədbirə qoşulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında