Hörst ŞNELLHARDT: Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin ədalətli mövqeyini müdafiə edir

İki il əvvəl Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul etmiş, bu məsələyə öz müsbət mövqeyini bildirmişdir. Bu mövqedən kənara çıxmamaq şərti ilə yenə təsdiqləmək istəyirəm ki, həmin qətnamədə Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin ədalətli mövqeyini müdafiə edir. Bu, rəsmi siyasi mövqedir, biz bunu tam təsdiqləyirik.
Bu sözləri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin almaniyalı üzvü Hörst Şnellhardt bildirmişdir.
Ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarını, əldə etdiyi bütün informasiyaları öz həmkarları ilə yenidən bölüşəcəyini diqqətə çatdıran Hörst Şnellhardt demişdir: "Təbii ki, həmin müstəvidə məsələni yenidən qaldıracağıq. Bu, həm Azərbaycan üçün, həm də bizim üçün vacib məsələdir. Bu problem bizə təsir edən məqamlardandır".
Avropa Parlamentinin üzvü Azərbaycanın cəbhə bölgəsindəki vəziyyətin, həmçinin ermənilərin azərbaycanlı fermerlərə, sadə vətəndaşlara öz əkin sahələrində atəş açmasını avropalı deputatları narahat etdiyini də demişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında