A.F.RASMUSSEN: Rusiya ABŞ-ın Avropadakı raketdən müdafiə sisteminə görə narahat olmasın

Dünən NATO-nun baş katibi Anders Forq Rasmussen Brüsseldə jurnalistlər üçün videokonfras təşkil edərək başçılıq etdiyi hərbi alyansın gələcək planları barədə danışmış, çoxsaylı media qurumlarının nümayəndələrinin suallarını cavablandırmışdır.
Bu barədə "İnterfaks" agentliyi məlumat yaymışdır. Siyasi təhlilçilər hesab edirlər ki, A.F.Rasmussenin Şimali Atlantika Alyansının qərargahından canlı yayımlanan budəfəki konfransı təşkil etməkdə əsas məqsədi Rusiya iqtidarının ABŞ-ın Avropada yerləşdirməyə hazırlaşdığı raket əleyhinə müdafiə sistemi ilə bağlı narahatlığını aradan qaldırmağa cəhd etməkdir. NATO-nun baş katibinın çıxışının əsas hissəsi həqiqətən NATO-Rusiya münasibətlərinə həsr olunmuşdur. A.F.Rasmussen Rusiya hökumətinə səslənərək demişdir ki, Rusiya amerikalıların raketdən müdafiə sisteminə qarşı yeni raket sistemi yaradaraq bura külli miqdarda vəsait sərf etməkdənsə, pulu ölkənin tərəqqisinə xərcləsə, daha düzgün hərəkət etmiş olar. Baş katib deyib: "Bu, həqiqətən, boş yerə pul xərcləməkdən başqa bir şey deyil. Bu pullar reallıqda olmayan, uydurulmuş, süni düşmənə qarşı xərclənən vəsaitdir. NATO Rusiyanın düşməni deyil və NATO-nun Rusiyaya hücum etmək niyyəti yoxdur".
Alyansın rəhbəri videokonfransda 2010-cu ildə Avropada təhlükəsizlik məsələlərinə həsr olunmuş Lissabon sammitinin qərarlarını da xatırlatmışdır. Onun sözlərinə görə, rəsmi Moskvanın ABŞ-ın raket əleyhinə müdafiə sisteminə qarşı gözlənilən mümkün cavab tədbirləri Lissabon sammitində tərəflər arasında imzalanmış etibarlı əməkdaşlıq haqqında sazişin şərtlərinə heç cür cavab vermir. NATO artıq Kremli dəfələrlə əmin etmiş və rəsmi zəmanət vermişdir ki, Amerika Birləşmiş Ştatlarının Avropadakı raket əleyhinə müdafiə sistemi Rusiya Federasiyasının strateji potensialına qarşı çevrilməmişdir.
NATO baş katibi daha sonra "Moskvadan səslənən təhdidlər"lə bağlı da mövqeyini bildirmişdir. Demişdir ki, son vaxtlar Rusiya dövlətinin rəsmi şəxslərinin dilindən alyansın sərhədləri yaxınlığında strateji hücum silahlarının yerləşdirilməsi imkanları barədə kəskin bəyanatlar səsləndirilir. A.F.Rasmussen hesab edir ki, əgər Moskvanın həqiqətən bu istiqamətdə hansısa planları varsa, bu barədə qarşılıqlı öhdəliklərə əsasən, NATO rəhbərliyinə məlumat verilməlidir. Bununla bərabər o, NATO-ya ona üzv olan dövlətlərin xalqlarını əmin etməyə çalışıb ki, "Alyans rəhbərliyi hər bir üzv dövlətin təhlükəsizliyini hər hansı bir xarici müdaxilədən hər an qorumağa hazırdır".

{nl}

M.HACIXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında