Seyid Cəfər Pişəvərinin xatirəsi anıldı

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı Partiyası və Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi xalqımızın XX əsrdə yetişdirdiyi görkəmli milli liderlərdən biri Seyid Cəfər Pişəvərinin anadan olmasının 120 və vəfatının 65-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirdilər. DAİM-in mərkəzi ofisində baş tutan konfransda ziyalılar, elm xadimləri, Güney Azərbaycan fəalları və gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, professor Qulamrza Səbri Təbrizi Seyid Cəfəf Pişəvərinin şərəfli həyat yolundan danışaraq bildirdi ki, Pəhləvi hakimiyyətinin azərbaycanlılar üçün 25 ildə görmədiyi işləri Pişəvəri 1 illik hakimiyyəti dövründə bizə bəxş etdi. Biz bu böyük şəxsiyyətin irsini və bizə qoyduğu azadıqsevərlik mirasını həmişə uca tutacağıq.
Sonra tədqiqatçı Ənvər Börüsoy çıxış edərək S.C. Pişəvərinin mənalı ömür yolundan, gördüyü işlərdən, habelə milli-strateji hədəflərimizdən danışdı.
Daha sonra AMEA Şərqşünaslıq İntitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimli çıxış edərək S.C. Pişəvərinin mübarizə yolu və yaradıcılıq irsi barədə maraqlı məlumatlar verdi. O, bu böyük insanın yubileyini qeyd etdiklərinə görə, GAMAC-ın başqanı Qulamrza Səbri Təbriziyə və MDHP-nin sədri, millət vəkili Fərəc Quliyevə öz təşəkkürünü bildirdi.
Onu da qeyd edək ki, Əkrəm Rəhimli S. C. Pişəvəri haqqında yazılmış "Mübarizə burulğanında keçən ömür" adlı böyük elmi-tədqiqat əsərinin müəllifidir.
Tədbirdə BDU-nun dosenti Pərvanə Məmmədli S.C. Pişəvərinin publisistik yaradıcılığı və milli məsələlərlə bağlı yazdığı çoxsaylı məqalələr haqqında danışdı.
Daha sonra şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Cənubi Azərbaycanda Milli Hökumətin qurucusu, fədakar ictimai-siyasi xadim S.C. Pişəvərinin ədəbi yaradıcılığı barədə apardığı araşdırmalardan bəhs etdi.
Tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı S.C.Pişəvərinin Azərbaycan və İran tarixşünaslığında mövqeyi barədə çıxış edərək bir sıra maraqlı məqamlara aydınlıq gətirdi.
Sonda şairlərin və Güney Azərbaycandan olan fəalların S.C.Pişəvəriyə həsr edilmiş şeirləri oxuması konfrans iştirakçılarının marağına səbəb oldu.

{nl}

Anar TURAN


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında