ABŞ-ın "Haffinqton Post" qəzetinin ispandilli buraxılışında Azərbaycan haqqında məqalə dərc edilmişdir

ABŞ-ın nüfuzlu "Haffinqton Post" qəzetinin ispandilli buraxılışında Konqresin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun həmtəsisçisi, Texas ştatından sabiq konqresmen Solomon Ortizin Azərbaycan haqqında məqaləsi dərc edilmişdir. 
S.Ortiz Azərbaycanın ABŞ ilə qlobal təhlükəsizlik sahəsində əməkdaşlığının yüksək qiymətləndirildiyini bildirir, bunun Amerika maraqlarına xidmət etdiyini vurğulayır.
Azərbaycanın dünyəvi dövlət olduğu qeyd edilən məqalədə ölkənin qonşularından təzyiqlərə baxmayaraq, ABŞ və İsrail ilə dostluq münasibətlərinə sadiq qaldığı diqqətə çatdırılır.
Sabiq konqresmen məqalədə Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın işğalı altında olduğunu da xatırladır.
Yazıda, həmçinin qeyd olunur ki, "Wikileaks"ın açıqlamalarına görə, Ermənistanın İrana ötürdüyü silahlar 2007-ci ildə İraqda amerikalı əsgərlərə qarşı istifadə edilmişdir.

{nl}

Şəfəq AKİFQIZI ,AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında