Azərbaycan ilə Macarıstan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Görüşdə E.Məmmədyarov ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, bu səfərin parlament diplomatiyasının daha da inkişafına təkan verəcəyini diqqətə çatdırmışdır. Nazir qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən dostluq qrupunun sədri M.Dyöndöşi hökumətlərarası əlaqələri parlamentlər səviyyəsində də inkişaf etdirə bildikləri üçün məmnunluğunu ifadə etmişdir. M.Dyöndöşi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında