Almaniyanın "Deutsche Welle" agentliyi: İran ilə Azərbaycan arasında gərginlik artır

Almaniyanın "Deutsche Welle" agentliyində "İran ilə Azərbaycan arasında gərginlik artır" sərlövhəli məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, son vaxtlar Azərbaycan qonşu İranın təzyiqləri ilə üzləşir. Rəsmi Tehranın Azərbaycanın daxili işlərinə qarışması Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi zamanı özünü açıq-aydın büruzə vermişdir.  
Müəllif yazır ki, İranın qısqanclığına əsas səbəblərdən biri Azərbaycanın ABŞ və İsrail ilə yaxşı münasibətlərinin olmasıdır.
Yazıda qeyd edilir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi zaman İranın hiddətinin artması daha aydın görünürdü. Azərbaycan ilk dəfə olaraq bu müsabiqəyə ev sahibliyi etmişdir. İranın kütləvi informasiya vasitələri isə Bakını bu mahnı yarışmasını keçirməklə islama zidd addımlar atmaqda təqsirləndirmişdir.
Müəllif Azərbaycanın da İranın bu tənqidlərini cavabsız qoymadığını bildirərək Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan sitat gətirir: "Biz İranın ruhani dairələrinə deyirik ki, ayıbdır, Allaha dua edirsiniz, amma məsciddən çıxan kimi yalan danışırsınız. Azərbaycan xalqı belə ruhaniyyətlə heç vaxt tərəfdaşlıq edə bilməz".
Məqalədə Milli Məclisin deputatı Rasim Musabəyovun sözlərinə də istinadla vurğulanır ki, İranın bu cür hərəkətləri Azərbaycan parlamentində dəfələrlə müzakirə olunmuşdur. İran Azərbaycanın siyasətinin formalaşdırılmasına təsir göstərmək istəyir.
Müəllif Berlində yaşayan ekspert Əhməd Omid Yazdaninin fikirlərinə istinadla yazır ki, Azərbaycan Qərbə inteqrasiya edir. Bunu isə İranın gözü götürmür. Azərbaycan-İran münasibətlərində gərginliyin əsas səbəblərindən biri də İranın Ermənistan ilə yaxşı əlaqələrinin olmasıdır. İyirmi ildən artıqdır ki, Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Azərbaycan ərazisinin beşdəbir hissəsi Ermənistanın işğalı altındadır.
Yazıda almaniyalı ekspert Stefan Meisterin fikirləri də əksini tapmışdır. Ekspert hesab edir ki, İran Azərbaycanın siyasətinə təsir etmək niyyətindədir. Azərbaycanın Qərb üçün vacib tərəfdaş olduğunu deyən S.Meister Qərb dövlətlərini də rəsmi Bakının siyasətinə müdaxilə etməmək şərti ilə ölkəni dəstəkləməyə çağırır. ABŞ da Azərbaycana çoxlu sərmayələr qoymuşdur və eyni dəstək ondan da gəlməlidir. Elə etmək lazımdır ki, bütün səviyyələrdə inam yaransın.
İranda yaşayan əslən azərbaycanlı Hojat-ol-İslam Əzimi Qədim isə deyir ki, Azərbaycan dünyəvi dövlətdir, İranda isə əksinə, teokratik rejim hökm sürür. Azərbaycan hakimiyyəti İran ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyildir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında