Rəsmi Bakı Ermənistan rəhbərliyini məkrli, hiyləgər planlar qurmaqda günahlandırır

Ermənistan rəhbərləri hər yerdə həddindən artıq hiyləgər, məkrli planlar qurmağı sevirlər və onlar ömür boyu, 100 ildən artıqdır ki, bu planlarla yaşayırlar. Bunu cümə axşamı Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın son günlər cəbhədə baş verən insidentlə bağlı açıqlamasını şərh edərkən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.
"Ermənistan rəhbərləri bu cür boş bəyanat verməyi sevirlər. Onlar Qərbin onlara olan bir qədər "isti" və bir qədər də başqa maraqlara xidmət edən münasibətini görüb özləri belə boş-boş bəyanatlar verirlər", - deyə Məmmədov bildirmişdir.
Administrasiya rəsmisi qeyd etmişdir ki, Ermənistan rəhbərlərinin bu məkrli, hiyləgər, aqressiv, yəni kimlərəsə söykənib onların kölgəsində bu cür hay-küy salmaqla münaqişənin həllini uzatması bir vaxt faciə ilə başa gələcək: "Ötən dəfə də ABŞ-ın dövlət katibi Hillari Klinton bura gələndə, ermənilər belə bir təxribatçı addım atdılar və bu ərəfədə də Qərbin müəyyən dairələrindən, öz lobbilərinin imkanlarından istifadə edərək Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa çalışdılar. Amma onların bu mövqeyi heç bir vaxt uğur qazana bilməz. Çünki bütün bu proseslər Azərbaycanın ərazilərində baş verir. Əgər Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxsalar, heç bir silahlı insident də olmayacaq, heç bir əsgər, hərbçi də ölməyəcək".
Qeyd edək ki, son günlər cəbhə xəttində atəşkəsin pozulması intensivləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətin yaydığı məlumata görə, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında