May ayında sərhəd rejimi qaydalarını pozduğuna görə 90 nəfər saxlanılmışdır

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirmişlər ki, xidmətin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilmişdir.
May ayı ərzində dövlət sərhədinin mühafizəsi zamanı 24 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, 43 nəfər saxlanılmışdır. Tutulan sərhəd pozucularının 36 nəfəri Azərbaycan, 3 nəfəri Rusiya, 2 nəfəri Banqladeş, 1 nəfəri İran, 1 nəfəri Gürcüstan vətəndaşıdır. Sərhəd rejimi qaydalarını pozduqlarına görə 40 halda 90 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür. Axtarışda olan 71 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 11 halda 77 kiloqram 110,5 qram narkotik maddə aşkar edilərək götürülmüşdür. Bu istiqamətdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı mayın 22-də Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran vətəndaşları olan qaçaqmalçıların Azərbaycana ağır tərkibli narkotik vasitələr keçirməsinin qarşısı alınmışdır. Sərhəd pozucularının silahlı müqaviməti dərhal dəf olunmuşdur. Əraziyə baxış zamanı cinayətkarlara məxsus kisələrə qablaşdırılmış 10 kiloqram həşiş qətranı aşkar edilmişdir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 119 halda qaçaqmal, o cümlədən 112 min ABŞ dolları, 1 ədəd kustar üsulla düzəldilmiş tapança, 1 ədəd "F-1" qumbarası, 21 kiloqram 117,5 qram narkotik maddə, 120336 metr balıq ovlamaq üçün tor, 44,1 kiloqram balıq, 2 ədəd qayıq, 2 ədəd "Vixr-30" markalı mühərrik, 34 lövbər, 9600 qarmaq, 594 ədəd müxtəlif markalı mobil telefon, 37 ədəd müxtəlif növ dərman preparatları, 4926 qutu müxtəlif növ siqaret, 540 ədəd spirtli içki, 115 litr müxtəlif spirtli içki, digər ərzaq və sənaye malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında