Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olmuşdur

İyunun 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
Universitetdən bildirmişlər ki, S.Seyidov qonaqlara ADU-nun "British Council" təşkilatı və Böyük Britaniya universitetləri ilə əlaqələri barədə məlumat vermişdir. Həmin əlaqələrin həm ADU, həm də tələbələr üçün əhəmiyyəti qeyd edilmişdir.
S.Seyidov TEMPUS və TACİS proqramları çərçivəsində universitetlərarası ikitərəfli əməkdaşlıqdan da söz açmışdır. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Essex Universiteti ilə əməkdaşlığından bəhs edən rektor ADU-nun tələbələrinin Azərbaycan təhsil sistemində ilk dəfə olaraq Böyük Britaniya universitetində təhsillərini davam etdirmək şansı qazandıqlarını vurğulamışdır.
S.Seyidov ADU-da Essex qrupunda tələbələrin xüsusi proqram üzrə təhsil aldıqlarını və ikili diplom əldə edəcəklərini qonaqların diqqətinə çatdırmışdır.
Qonaqlar səmimi görüş üçün minnətdarlıqlarını bildirmiş, ADU-nun kollektivinə uğurlar arzulamışlar.
Sonra nümayəndə heyəti ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında