Füzuli rayonunda mövzusunda toplantı keçirilmişdir

"Gənclər sabahın qurucularıdır"

{nl}


Horadiz şəhərində "Gənclər sabahın qurucularıdır" mövzusunda keçirilən toplantıda 300 nəfər gənc iştirak edirdi. İştirakçılar əvvəlcə xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev toplantını giriş sözü ilə açaraq bildirdi ki, zəmanəmizdə hər bir xalq öz xoşbəxt gələcəyini gənc nəsillə bağlayır, onun hərtərəfli inkişaf etməsinə şərait yaradır. Xalqımızın ümidi olan gənclərimiz öz həyatını qurarkən Azərbaycanın bu günü, gələcəyi haqqında düşünür, yüksək vətəndaşlıq duyğularına malik olduqlarını nümayiş etdirirlər. Dünyanın inkişaf etmiş qabaqcıl ölkələri sırasında olan Azərbaycan gənclərinin müasir aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin mühüm rolu olmuşdur.
Əsası ulu öndər tərəfindən hələ keçən əsrin 70-80-ci illərində qoyulan gənclər siyasəti bu dahi insanın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra daha geniş şəkildə icra olunmağa başladı. Ümummilli lider ölkənin gələcəkdə etibarlı əllərdə olması üçün sağlam fiziki və mənəvi xüsusiyyətlərə sahib, müstəqil düşüncəli, savadlı gənc nəslin yetişməsinin vacibliyini dönə- dönə vurğulamışdır. Bu məsələyə xüsusi diqqətin nəticəsi kimi 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı.1996-cı il fevralın 2-də isə ilk gənclər forumu keçirildi və həmin gün ölkəmizin tarixinə Gənclər Günü kimi yazıldı.
Ulu öndər tərəfindən 1999-cu ilin yayında imzalanan "Dövlət Gənclər siyasəti haqqında" fərman gənclərimizin həyatında böyük rol oynadı. Gənclərin boş vaxtlarını səmərəli məşğuliyyətə çevirmələri üçün olimpiya idman komplekslərinin tikintisinə başlandı. Belə bir kompleks bizim Horadiz şəhərində də tikilib istifadəyə verilmişdir.
Natiq daha sonra bildirdi ki, ulu öndərin əsasını qoyduğu gənclər siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərlə bağlı ölkəmizdə böyük tədbirlər həyata keçirilir. Güzəştli ipoteka kreditlərinin verilməsi barədə Prezidentin 2005-ci ildə imzaladığı fərman gənc ailələrin mənzil probleminin həllinə yönəldilmiş çox mühüm hadisədir.
Azərbaycan gənclərinin mübariz, fəal bir hissəsi də Füzuli rayonunda yaşayır. Onların gündən- günə geniş vüsət alan tikinti-abadlıq və quruculuq işlərində fəal iştirak edir, müxtəlif idarəetmə strukturlarında çalışırlar.
Füzuli Rayon Gənclər və İdman İdarəsinin rəisi Tural Nəbiyev düşmənlə üz-üzə dayanan bölgənin iqtisadi, sosial və mədəni həyatında gənclərin rolu mövzusunda məruzə edərək bildirdi ki, Prezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli sərəncamı əsasında hazırlanan və 7 iyul 2011-ci il tarixdə təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da gənclərin həyatında böyük rol oynayır. 144 bənddən, 88 fəsildən ibarət olan bu proqram gənclərin azərbaycançılıq, vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların məşğulluğunun və sosial-maddi vəziyyətinin yüksəldilməsi məqsədini daşıyır.
Bu gün dövlətimizin gənclərlə bağlı qəbul etdiyi hər bir fərman və sərəncam yüksək səviyyədə icra olunur, gənclərə yüksək qayğı var. Bu ilin fevral ayının 2-də Gənclər Günü geniş şəkildə qeyd olundu. Bundan başqa, gənclərimiz hər bir sahədə irəli çəkilir və işlə təmin olunur. Son bir ildə rayonda 25 nəfər gəncə etimad göstərilmiş və onlar müxtəlif vəzifələrə təyin olunmuşlar. Füzuli Rayon İcra Hakimiyyətində işləyənlərin əksəriyyətini gənclər təşkil edir. Həmin gənclər son bir ildə işə qəbul olunmuşlar.
YAP Füzuli rayon gənclər təşkilatı 2 mindən artıq gənci öz ətrafında toplamışdır. Bu gənclərdən 1110 nəfəri ali, 502 nəfəri orta ixtisas, 388 nəfəri isə orta təhsillidir. 2 min YAP üzvü olan gənclərimizdən 1920 nəfəri o cümlədən 680 nəfəri təhsil sistemində, 300 nəfəri mədəniyyət və səhiyyə sahəsində, 385 nəfəri kənd təsərrüfatında işləyir, 15 nəfəri fermerdir. Son illərdə sıralarımız sürətlə artmaqdadır. Belə ki, təkcə bu ilin yanvar ayında YAP sıralarına 81 nəfər daxil olmuşdur ki, bunların 50 nəfəri gənclərdir. Gənclərlə mütəmadi olaraq görüşür, dəyirmi masalar təşkil edilir, onların təklif və iradları dinlənilir. Böyük Bəhmənli kəndi və Üçüncü Zobcuq qəsəbəsində keçirilən görüşlər yüksək siyasi fəallıq şəraitində keçmişdir. Aprel ayının 21-də 18 nəfər gəncimiz Quba rayonunda kütləvi məzarlığı ziyarət etmişdir.
Bu gün ölkəmizdəki sürətli inkişaf Füzuli rayonunun hər bir yaşayış məntəqəsində də özünü göstərir. Yollar salınır, müasir işıq sistemi quraşdırılır, yaşıllıqlar, yeni- yeni xidmət obyektləri istifadəyə verilir. Gənclərin boş vaxtlarını səmərəli keçirmələri üçün tikilən Heydər parkı, Heydər Əliyev Mərkəzi, Mədəniyyət sarayı, Gənclər evi, Şahmat məktəbi və başqa tikililər bizi çox sevindirir. Heydər Əliyev Fondunun köməkliyi ilə Horadiz şəhərində tikilən 180 yerlik məktəb, Gənclər mərkəzini Mehriban xanım Əliyevanın füzulililərə böyük diqqət və qayğısı hesab edirik.
Toplantıda bildirildi ki, ölkəmizdə gənclər aparıcı qüvvəyə çevrilir. Azərbaycan gəncləri ölkəmizi respublikamızdan kənarda layiqincə təmsil edirlər. İdman sahəsində bayrağımız həmişə ucalarda dalğalanır. Ölkə başçımız bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Bu ilin "İdman ili" elan edilməsi idmançılarımızın sevincinə səbəb olub və onlar daha inam və həvəslə çalışırlar. Qatıldığımız "Avroviziya" mahnı müsabiqəsinin 4-cü ilində bu yarışmanın qalibi olaraq 5-ci ildə ev sahibliyini ölkəmizə qazandırdıq, bütün dünyanın diqqətini Azərbaycana yönəltdik. Bütün dünya bir daha Azərbaycanın gücünün, gözəlliyinin şahidi oldu.
Bu gün müstəqil Azərbaycanımız beynəlxalq arenada tanınır, bizə hörmət olunur. Ulu öndərin hər bir sözü bizim üçün atalar sözlərinə çevrilib. Bu gün hər bir gənc qürurla deyir: "Fəxr edirik ki, azərbaycanlıyıq". Bəli fəxr edirik ki, İlham Əliyev kimi Azərbaycanımızı sevən, onun bayrağını dünyanın ən uca zirvəsində dalğalandıran dövlət başçımız var.
Toplantıda YAP rayon təşkilatının işçisi Zümrüd Abbasova, Böyük Bəhmənli kənd orta məktəbinin dərs hissə müdiri Namiq Məmmədov, Heydər Əliyev Mərkəzinin işçisi İlahə Cəfərova və başqaları çıxış edərək ayrı-ayrı sahələrdə əldə olunmuş uğurlardan danışdılar.
Sonda YAP sıralarına yeni qəbul olunan gənclərə partiya biletləri təqdim olundu, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə diplom və mükafatlar verildi.
Toplantının işində YAP Gənclər təşkilatının sədri Seymur Orucov iştirak edirdi.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında