Azərbaycanda ünvanlar internet vasitəsilə veriləcək

Artıq 2013-cü ildən Azərbaycanda ünvanların internet vasitəsilə alınması mümkün olacaq. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib. 
Onun sözlərinə görə, dövlət komitəsi beynəlxalq standartlara uyğun ünvan reyestrinin yaradılmasına başlayıb. Bu məqsədlə Koreya şirkəti ilə əməkdaşlıq qurulub. K.Həsənov qeyd edib ki, bu ilin sonunadək ünvan reyestrinin informasiya bazasının qurulması işi başa çatdırılacaq: "Biz bu işi Bakı şəhərində başlamışıq və artıq 8 rayon üzrə işlər yekunlaşıb. İlin sonunadək Bakının digər rayonlarında da işlər yekunlaşacaq". 2013-cü ildən vətəndaşlar yeni ünvanvermə qaydalarına uyğun olaraq elektron şəkildə özlərinə lazım olan ünvanları ala biləcəklər".
Komitə sədri onu da qeyd edib ki, Azərbaycanda ünvan reyestri MDB məkanında indiyədək rast gəlinməyən bir hadisədir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında