Daşınmaz əmlakla bağlı yaranmış mübahisə ağır cinayətə səbəb olmuşdur

Suraxanı rayonunda fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel iyunun 5-də atasına məxsus ov tüfəngindən atəş açaraq Yeni Günəşli qəsəbəsində yerləşən "Badi-Kübə" mənzil-tikinti kooperativinin (MTK) sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürmüş, MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirmişdir.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda deyilir ki, fakta görə Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılmış, Türkel Əsədullazadə şübhəli şəxs qismində tutulmuşdur.
İş üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunmuşdur.
Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, qətlə səbəb daşınmaz əmlakla bağlı yaranmış mübahisə olmuşdur.
"Badu-Kübə" MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilir.
İstintaqla müəyyən edilmişdir ki, "Badu-Kübə" MTK-nın təsisçilərindən olan Əliyev Nəsib Yusif oğlu və Cabbarov Zaur Zeynal oğlu müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğində pulu, o cümlədən "A.R.&Ko" MMC-nin direktoru Əsədullazadə Asif Yusif oğlu "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər.
Nəsib Əliyev, Zaur Cabbarov və Asif Əsədullazadə CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda qeyd edilən cinayət işləri üzrə istintaq, cinayətin digər iştirakçılarının müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi, həmçinin təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında