Yerli icra hakimiyyətləri haqqında Ə S A S N A M Ə (ardı 2)

7. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsasları
7.1. Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsaslarını bu orqanların istifadəsinə verilmiş, yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatının ödənilməsinə xidmət edən, dövlət mülkiyyətində olan əmlak və sərəncamında olan maliyyə vəsaitləri təşkil edir.
7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir.
7.3. Yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, səhiyyə və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər.
7.4. Yerli icra hakimiyyətlərinin istifadəsində olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.
7.5. Yerli iqtisadi və sosial-mədəni inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin (Naxçıvan Muxtar Respublikasında - Naxçıvan Muxtar Respublikasının büdcəsinin) tərkibində müvafiq ərazi vahidləri üçün ayırmalar nəzərdə tutulur. Hər bir şəhər, rayon və şəhər rayonuna ayrılan vəsait dövlət büdcəsinin yerli xərclərində ayrıca sətirlə göstərilir. Növbəti ilin dövlət büdcəsinin layihəsi tərtib edilərkən şəhər rayonlarında aparılması nəzərdə tutulan abadlaşdırma və yenidənqurma işləri üçün ayrılan vəsait müvafiq şəhər rayonunun yerli xərclərinə aid edilir.
7.6. Yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.

{nl}

"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə
Ə L A V Ə

1.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
2.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Statistika Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçısının təqdimatına əsasən müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vəzifəyə təyin və vəzifədən azad edirlər.
3.Digər mərkəzi icra hakimiyyəti orqanları üçün qanunvericilikdə başqa hallar və başqa qayda nəzərdə tutula bilər.
4.Dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin müvafiq inzibati ərazi vahidində fəaliyyət göstərən yerli qurumlarının rəhbərləri yerli icra hakimiyyətinin başçısı ilə razılaşdırılmaqla vəzifəyə təyin və vəzifədən azad edilirlər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında