ABŞ Dövlət Departamentinin rəsmisi:Azərbaycan və Türkmənistan "Transxəzər" qaz boru kəməri barədə razılığa gəlsələr, digər ölkələr buna mane ola bilməyəcəklər

Azərbaycan və Türkmənistan "Transxəzər" qaz boru kəməri barədə razılığa gəlsələr, digər ölkələr buna mane ola bilməyəcəklər.
Bu sözləri Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri xüsusi nümayəndəsinin baş müşaviri Daniel Steyn demişdir.
D.Steyn bildirmişdir ki, "Cənub dəhlizi" layihəsinin reallaşdırılması ABŞ-ın Avrasiya siyasətinin ən əsas məqsədlərindən biridir. "Şahdəniz" layihəsinin ikinci mərhələsi də "Cənub dəhlizi"nin mühüm hissəsi olacaqdır. "Cənub dəhlizi" üçün digər mənbələr də vardır ki, bura Azərbaycanın özünün digər yataqları və Türkmənistan aiddir. O cümlədən Türkmənistan qazı "Transxəzər" kəməri vasitəsilə Azərbaycan ərazisi ilə nəql edilə bilər.
Türkmənistan qazının Avropaya nəqli barədə danışan diplomat bildirmişdir ki, hazırda Avropa İttifaqı ilə Türkmənistan arasında danışıqlar gedir.
"Cənub dəhlizi" ilə bağlı ABŞ siyasətinin əsas şərtlərini də açıqlayan D.Steyn bildirmişdir ki, bunlar müəyyən qaz həcminin bir sıra ölkələrə çatdırılması, kəmərin genişləndirilməsi imkanının olması, eləcə də Avropanın enerji təhlükəsizliyi üçün balanslaşdırılmış enerji siyasətidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında