ABŞ-ın nüfuzlu nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilmişdir

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilən yazıda Ağdam rayonunun Çıraxlı kəndinin sakininin də fikirləri yer almışdır.
Yazıda qeyd olunur ki, Çıraxlı kəndində erməni snayperlərinin atəş səsləri hər gün eşidilir. "Bütün dünya görür ki, Azərbaycan gündən-günə inkişaf edir və güclənir. Biz əminik ki, doğma torpaqlarımızı azad edəcəyimiz gün yaxınlaşır". Bu sözləri Çıraxlı kənd sakini Xosrov Şükürov demişdir.
Məqalədə vurğulanır ki, münaqişə tərəfləri problemin həlli istiqamətində danışıqları davam etdirirlər. Azərbaycanın öz ordu potensialını gücləndirməsi ölkənin münaqişədən qalib çıxmaq şansını artırır.
Yazıda Çıraxlı kənd sakinlərinin erməni snayperlərinin atəşinə məruz qaldığı və bir neçə sakinin yaralandığı da diqqətə çatdırılır. Müəllif yazır ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Cənubi Qafqaz regionuna səfəri zamanı demişdir: "Mən gənc əsgərlərin və mülki vətəndaşların ölümünə səbəb olan, müharibə vəziyyətini artıran bu vəziyyətdən çox narahatam. Güc tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll edə bilməz".
Məqalədə vurğulanır ki, Ermənistan bir əsgərin öz yoldaşları tərəfindən öldürülməsini bəhanə edib keçən ay Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində iştirakdan imtina etmişdir.
Müəllif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə istinadla yazır ki, münaqişənin həlli yolu yalnız diplomatiya yoludur. Demək olmaz ki, diplomatik imkanlar bitmişdir, amma insanlar bizdən nə isə etməyi tələb edirlər. Bu, dondurulmuş münaqişə deyildir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında