Azərbaycan və macar xalqları arasındakı əlaqələrin qədim tarixi vardır

Azərbaycanda səfərdə olan Macarıstan parlamentinin Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösi iyunun 6-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan və macar xalqları arasındakı əlaqələrin qədim tarixi vardır. İkitərəfli münasibətlərimiz bu gün də yüksələn xətlə inkişaf edir. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və bu il diplomatik münasibətlərimizin 20 ili tamam olur.
Əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən O.Əsədov Macarıstan parlamentinin sədrinin ölkəmizə səfərini xatırlatmış və demişdir ki, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi, deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda maraq doğuran məsələlərin müzakirəsində eyni mövqedən çıxış etmələri təqdirəlayiq haldır.
Sonra Milli Məclisin sədri Azərbaycanın dinamik inkişafından danışmış, Cənubi Qafqazda sənaye istehsalının 80 faizinin ölkəmizin payına düşdüyünü vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin inkişafına maneə yaratdığını və regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu qeyd edən O.Əsədov Azərbaycanın haqq səsini, ərazi bütövlüyümüzü və suverenliyimizi müdafiə etdiyinə görə Macarıstan tərəfinə minnətdarlıq etmişdir.
Marton Cöncösi səfər zamanı onlara göstərilən qonaqpərvərliyə, verilən ətraflı məlumata görə minnətdarlıq etmişdir. Bildirmişdir ki, həqiqətən də xalqlarımız arasındakı əlaqələrin çox qədim tarixi vardır. Sevindirici haldır ki, münasibətlərimiz bu gün də bütün sahələrdə inkişaf edir.
Oqtay Əsədovun ötən ilin dekabrında Macarıstana səfərini xatırladan M.Cöncösi demişdir ki, Azərbaycanın hərtərəfli inkişafı bizi çox sevindirir. Biz Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini də yaxşı başa düşürük. Ona görə də düşünürük ki, bu münaqişə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Macarıstan bu baxımdan Azərbaycanın mövqeyini dəstəkləyir.
Görüşdə, həmçinin qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında