Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar jurnalistlər arasında "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" mövzusunda yazı müsabiqəsi keçirilir

Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinn İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDDF) və Mətbuat Şurası "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi keçirirlər.
Bu barədə elanda bildirilir ki, müsabiqənin məqsədi Azərbaycan təhsilində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, təhsil sahəsində yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, KİV-lərin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etməkdən, təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.
Müsabiqə "Azərbaycan təhsili: keçmiş və bu gün", "Təhsildə novatorluq: yeni müasir nailiyyətlərin tətbiqi", "Azərbaycan təhsilinin problemləri və onlardan çıxış yolları", "Təhsil və media: qarşılıqlı əlaqələrdə ictimai fayda" və digər bu kimi 14 mövzunu əhatə edir.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.
Yazılarda dil məhdudiyyəti nəzərdə tutulmur. Yazılar şəxsən iyunun 10-dan iyulun 1-dək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş yazıların müəllifləri I yer - 1500 manat (1 qalib), II yer - 1000 manat (2 qalib), III yer - 500 manat (3 qalib), həvəsləndirici mükafat - 300 manat (10 qalib) məbləğində mükafatlandırılacaqlar.
Qaliblər, həmçinin Təhsil Nazirliyinin, KİVİDDF-nin və Mətbuat Şurasının xüsusi diplomları ilə təltif olunacaqlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında