Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Hayri Kıvrıkoğlu iyunun 6-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.  
Türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olmuşdur.
Söhbət zamanı regionda hərbi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunmuşdur.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında