"Azərmarka" "Eurovision - 2012" mövzusuna aid markalar təqdim edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti "Eurovision - 2012" mahnı müsabiqəsi mövzusuna həsr olunmuş markalar seriyasını təqdim edib.Bu barədə Rabitə və İnformasiya Texnologiyaiarı Nazirliyinin rəsmi saytı (mincom.gov. az) məlumat yaymışdır.
Xatırladaq ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bakıda Xəzər dənizi sahilində xüsusi olaraq müsabiqə üçün tikilən "Baku Crystal Hall" sarayında keçirilib. Müsabiqənin finalı mayın 26-da olub və qalib "Euphoria" mahnısı ilə İsveçi təmsil edən müğənni Lorin seçilib.
Markalar seriyasına 2 suvenir poçt bloku və hər biri 6 markadan ibarət 3 blok daxildir. Suvenir poçt bloklarından birinin üzərində "Eurovision - 2012"nin xüsusi loqotipi - "Alovlu gül", ikinci blokda Şirvanşahlar sarayı fonunda müsabiqənin loqotipi təsvir olunub. Hər iki markanın nominal dəyəri 60 qəpik təşkil edir. 6 ədəd markadan ibarət digər blokların üzərində Azərbaycan paytaxtının arxitektura tikililəri, o cümlədən Heydər Əliyev Sarayı, Opera və Balet Teatrı, Filarmoniya, Yaşıl Teatr, Muğam Mərkəzi, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Şirvanşahlar Sarayı, Hökumət Evi, Bakı Şəhər İcra Hakimiyyəti, Nizami adına Ədəbiyyat Muzeyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, ARDNŞ-in yeni inzibati binası, "Hilton Baku" hoteli, "Port Baku Residence" kompleksi və "Abşeron Marriot" hotelinin təsvirləri yer alıb. Markaların dəyəri 10-60 qəpik arasında dəyişir. Hər blok 10 min ədəd tirajla, suvenir bloklar isə hər biri 5 min tirajla buraxılıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında