"Eurovision-2012" mahnı müsabiqəsi ölkəmizin imicini daha da yüksəltdi

Artıq "Eurovision" mahnı müsabiqəsi arxada qalmışdır. Biz hələ də həmin xoş anların təsiri altındayıq. Azərbaycan həqiqətən çox xoş anlar yaşadı. Bəlkə də Azərbaycanın müstəqillik dövründə bu cür möhtəsəm beynəlxalq tədbir olmamışdı. Dünyanın diqqəti Azərbaycana yönəlmişdi.
Məşhur beynəlxalq telekanallar Azərbaycandan reportajlar verirdi. Bir sözlə, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin imicini daha da yüksəltdi. Bu yarışma Azərbaycan mədəniyyəti tarixində çox əhəmiyyətli bir hadisə kimi yaddaşlarda qalacaq. Təkcə yarışmanın özü yox, ona hazırlıq, bu tədbirin keçirilməsi üçün həyata keçirilən quruculuq işləri, qonaqlarla görüşlər, Bakı Kristal Zalının hazırlanması və s. əlamətdar hadisələr idi. Azərbaycan sübut etdi ki, ən möhtəşəm beynəlxalq tədbirləri keçirməyə qüdrəti çatar. Doğrudan da, Azərbaycan misli görünməyən möcüzələr yaratdı. Bir ilin içərisində görülən işlərin miqyası o qədər genisdir ki, adam heyran qalır. Bu ölkənin vətəndaşı olduğun üçün fəxr edirsən. Mən kinorejissoram. Beynəlxalq kinofestivallarin dəfələrlə iştirakçısı olmuşam. Amma bu cür gözəl, mükəmməl bir tədbirlə qarşılaşmamışam. Burada hər şey dözəl idi. Zalın tərtibatından tutmuş ən kiçik detallara qədər bütün işlər xüsusi zövqlə hazırlanmışdı. Bunu xarici qonaqlar, müsabiqənin iştirakçıları da dəfələrlə etiraf edirdilər. İnanıram ki, bu haqda bizim kino sənətçiləri gözəl filmlər yaradacaqlar. Bu, çox vacibdir. Çünki kino tarixin anlarını yadda saxlamağa qadirdir
İllər ötəcək. Azərbaycan daha böyük tarixi qələbələrə imza atmaq. Amma "Eurovision-2012" beynəlxalq mahnı yarıması tariximizin yaddaşında dəyərli bir hadisə kimi qalacaq.

{nl}

Oqtay MİRQASIMOV, xalq artisti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında