"Abşeron övladları"nın fərdi sərgisi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Abşeron övladları" klubunun üzvlərinin fərdi sərgisi keçirilmişdir.
Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Rəssamlar İttifaqının sədr müavini A.İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Ziyadxan Əliyev, xalq rəssamı Altay Hacıyev, uşaq rəsm studiyalarının nümayəndələri iştirak etmişlər. Tədbirin açılış mərasimində Raqif Abbasov və Eldəniz İbrahimov çıxış edərək gənc istedadları salamlamış və onlara gələcək işlərində uğurlar arzulamışlar. Bundan sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər.
Tədbirin sonunda beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülmüş Aidə Əmirova, Səbinə Popova, Cavidan Əhmədov və Fuad Anzurov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında