Paytaxtın içməli su sektorunda yeni pilot layihənin icrasına başlandı

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, yaranmış borcların dəqiq uçotunun aparılması məqsədilə kompleks tədbirləri davam etdirir. Bu məqsədlə qabaqcıl xarici təcrübə öyrənilir, yeni texnologiyaların tətbiqinə diqqət artırılır. 
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, iyun ayından Bakının Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanmışdır. Türkiyənin İstanbul Sukanal İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən layihəyə əsasən sayğacların oxunması, bildirişlərin, hesab-fakturaların verilməsi, ödənişlərə nəzarət yeni üsullarla aparılır. Bu məqsədlə pilot layihənin həyata keçirildiyi rayon məhəllələrə bölünür və nəzarət tədbirlərini həyata keçirmək məqsədilə xüsusi qruplar yaradılır. Sayğacların yoxlanılması, bildiriş və hesab-fakturaların çatdırılması yalnız bir nəzarətçi tərəfindən deyil, həmin qruplar tərəfindən həyata keçiriləcək. Bu isə nəzarət tədbirlərinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına səbəb olacaq.
Pilot layihənin icrası ilə əlaqədar "Azərsu" ASC-nin Kommersiya Departamentinin əməkdaşları İstanbul Sukanal İdarəsinin mütəxəssisləri ilə birgə pilot layihənin həyata keçirildiyi rayonda maarifləndirmə işləri aparır. "Bakı Sukanal" İdarəsinin Nərimanov Sukanal Departamentinin əməkdaşları yeni sistemin üstünlükləri barədə ətraflı məlumatlandırılmış və pilot layihənin subyektiv halların aradan qaldırılması, eləcə də ödəniş səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirildiyi diqqətə çatdırılmışdır. Xatırladaq ki, pilot layihə uğurla icra olunarsa, yeni sistem gələcəkdə digər rayonlarda da tətbiq ediləcək.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında