Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir

Türkiyənin İstanbul şəhərində 70 ölkədən 1100 siyasət, biznes, mədəniyyət və media liderlərinin iştirakı ilə Yaxın Şərq, Şimali Afrika və Avrasiya üzrə Dünya İqtisadi Forumu keçirilir. Azərbaycan nümayəndə heyəti forumda iştirak edir. 
1971-ci ildə Cenevrədə təsis edilmiş Dünya İqtisadi Forumunun 42 illik tarixində ilk dəfədir ki, Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionuna həsr edilmiş xüsusi forumda qlobal iqtisadi proseslər və dünyanın siyasət və biznes liderlərinin təklif etdikləri yeni modellər, enerji və ticarət əməkdaşlığının perspektivləri, Yaxın Şərq və Şimali Afrikada baş verən proseslərin sosial və iqtisadi nəticələri müzakirə olunur.
Tədbirin açılışında Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ədoğan çıxış etmişlər.
Forum çərçivəsində keçirilən "Mədəniyyət sosial dəyişikliyin elçisidir" adlı sessiyada çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci il aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünyanın 102 ölkəsindən 500 nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdə forumun hər iki ildən bir Bakıda keçirilməsi qərara alınmışdır.
Dünya İqtisadi Forumuna qatılanları 2013-cü ildə ölkəmizdə keçiriləcək növbəti foruma dəvət edən nazir əlavə etmişdir ki, mədəni irsimizin tanıdılması, habelə digər mədəniyyətlərlə inteqrasiya Azərbaycanın dövlət siyasətidir. Bu məqsədlə dünyanın bir çox ölkələrindəki diplomatik nümayəndəliklərimizdə mədəniyyət təmsilçilikləri açılmışdır.
Türkiyəli yazıçı Elif Şafak, Azərbaycan mənşəli müğənni Sami Yusuf da bu sessiyada çıxış etmişlər.
"Yeni enerji dəhlizləri" sessiyasında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir ki, bu məsələ bütün dünya üçün mühümdür. Azərbaycan 4 qaz kəmərinə malikdir və Türkiyə, digər ölkələrlə birgə enerji layihələri həyata keçirmişdir. Enerji dəhlizlərinin şaxələndirilməsi hasilatçı, tədarükçü və tranzit ölkələr üçün eyni dərəcədə sərfəlidir.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdikləri enerji layihələri, gələcəkdə çəkiləcək boru kəmərlərindən bəhs etmişdir.
Forumun digər sessiyasında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, həyata keçirilən yeni layihələr və bu sahədə beynəlxalq əməkdaşlıqdan bəhs etmişdir.
Forum iyunun 6-da öz işini davam etdirəcəkdir.
Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında