İmişli rayonu ərazisində məcburi köçkünlər üçün yeni müasir tipli qəsəbə inşa edilir

Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlər müasir tipli, bütün infrastruktura malik qəsəbələrə köçürülmüşlər. Hazırda isə fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır. Belə qəsəbələrdən biri də İmişli rayonunda inşa olunur. 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 5-də İmişli rayonu ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni qəsəbəyə gəlmiş, tikinti işlərinin gedişi ilə tanış olmuş, tikinti şirkətlərinin rəhbərləri ilə səyyar müşavirə keçirmişdir.
Baş nazirinin müavininə məlumat verilmişdir ki, 100 hektar sahəni əhatə edəcək qəsəbədə ümumilikdə 550 evin tikintisi nəzərdə tutulmuşdur. İlkin mərhələdə 325 ev tikiləcəkdir. Bu evlərdən 30-u birotaqlı, 163-ü ikiotaqlı, 115-i üçotaqlı, 17-si isə dördotaqlı olacaqdır.
Bundan başqa, qəsəbədə 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqəsi olacaqdır. Qəsəbənin yollarına asfalt döşənəcək, ətrafda abadlıq, yaşıllaşdırma işləri görüləcəkdir. Qəsəbənin tikintisinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmuşdur.
Əli Həsənov demişdir ki, bütün işlər Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. Proqramda 15 fin tipli qəsəbənin köçürülməsi nəzərdə tutulmuşdur. Fin tipli 7 qəsəbədə məskunlaşmış məcburi köçkün ailələri artıq müasir tipli qəsəbələrə köçürülmüşlər. Yaxın vaxtlarda digər qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər də yeni qəsəbə və şəhərciklərə köçürüləcəklər.
Baş nazirin müavini müşavirədə iştirak edən podratçılara, iş adamlarına tapşırıq və tövsiyələrini vermişdir.
Dövlətqaçqınkomun sədri məcburi köçkünlərlə də görüşmüş, onların qayğıları ilə maraqlanmış, mövcud problemlərin həlli ilə bağlı əlaqədar qurumların başçılarına tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında