Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycanda səfərdə olan Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko mayın 5-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür. 
Görüşdə Azərbaycan ilə Ukrayna arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilmişdir.
Milli Məclisin sədri Ukraynanın xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərə yeni təkan verəcəyini vurğulamışdır. Azərbaycan ilə Ukrayna arasında əlaqələrin dinamik inkişaf etdiyini deyən O.Əsədov bildirmişdir ki, parlamentlərarası əməkdaşlıq da yüksək səviyyədədir. Bu əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verir.
Azərbaycan-Ukrayna əlaqələrindən məmnunluğunu ifadə edən K.Qrişenko vurğulamışdır ki, bu münasibətlərin tarixi kökləri vardır. Hazırda Ukraynada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini qeyd edən nazir bu tədbirin iki ölkənin yaxınlaşmasında müstəsna əhəmiyyəti olduğunu demişdir.
Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinə münasibət bildirən K.Qrişenko qeyd etmişdir ki, Ukrayna Azərbaycan təmsilçisinə 12 bal vermişdir. Bu, dövlətlərimiz və xalqlarımız arasında dostluq əlaqələrinin bariz nümunəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında