Dövlət başçısının göstərişlərinə uyğun olaraq zəlzələ bölgəsində həyata keçirilən kompleks tədbirlər geniş müzakirə edilmişdir

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq məqsədi ilə iyunun 4-də Zaqatala rayonunda olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Zaqatala şəhərində yaradılmış operativ qərargahında nazir Kəmaləddin Heydərovun iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Zaqatala, Balakən və Qax rayonları icra hakimiyyəti başçılarının, əlaqədar dövlət qurumları mütəxəssislərinin, podratçı tikinti təşkilatları və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirak etdikləri müşavirədə dövlət başçısının göstərişlərinə uyğun olaraq zəlzələ bölgəsində həyata keçirilən kompleks tədbirlər geniş müzakirə olunmuşdur.
Nazir Kəmaləddin Heydərov zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin qənaətbəxş olduğunu bildirmiş, qəzalı vəziyyətə düşmüş fərdi evlərin, məktəb binalarının sökülməsi və tikinti işlərinə hazırlıqla bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında