İndoneziya Parlamentinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ üzrə qrup yaradılacaqdır

İyunun 8-də Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev bu ölkənin parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Pramono Anunq Vibovo ilə görüşmüşdür.
Ölkəmizin İndoneziyadakı səfirliyindən bildirmişlər ki, səfir P.Anunqun bu il aprelin 20-dən 23-dək Azərbaycana uğurlu səfəri zamanı müxtəlif ikitərəfli və çoxtərəfli məsələlərin müzakirələrinin ölkələrimiz arasında münasibətlərə yeni təkan verəcəyinə, parlamentlərarası əlaqələri daha yüksək səviyyəyə qaldıracağına əminliyini ifadə etmişdir. Diplomat P.Anunqa səfər çərçivəsində razılaşmaların əldə olunmasında göstərdiyi səyə görə minnətdarlığını bildirmişdir.
İndoneziya Parlamenti Nümayəndələr Palatasında Dağlıq Qarabağ üzrə qrupun təsis edilməsinin razılaşdırılmış məsələlərdən biri olduğunu bildirən İ.Hacıyev qrupun yaradılması imkanları ilə maraqlanmışdır.
P.Anunq bu istiqamətdə işlərin aparıldığını və məsələnin cari ilin iyulunda həllini tapacağını bildirmişdir.
Dağlıq Qarabağ üzrə qrupun təsis edilməsindən əvvəl İndoneziya Parlamentinin xarici siyasət və müdafiə komissiyası qarşısında səfirin dinləmələri keçiriləcəkdir.
İ.Hacıyev humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə toxunaraq qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi, tələbə mübadiləsinin artırılması, İndoneziyada Azərbaycan dilinin tədris edilməsi məsələlərinin həlli imkanları ilə maraqlanmışdır.
P.Anunq qeyd olunmuş sahələrdə əlaqələrin intensivləşməsinə tezliklə nail olunacağına əminlik bildirmiş, İndoneziyanın müxtəlif nazirlik və idarələri ilə yazışmalar aparıldığını diqqətə çatdırmışdır.
Nümayəndələr Palatası sədrinin müavini Azərbaycanda gördüyü inkişafdan məmnun olduğunu, iki dost ölkə arasında bir çox oxşar cəhətlərə, o cümlədən dini və etnik dözümlülüyə diqqəti cəlb etmişdir. O, oxşar məqamların ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə və möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində İndoneziyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini yüksək qiymətləndirmişdir.
Səfirliyin yeni nəşri - "Azərbaycana İndoneziyadan baxış" kitabı P.Anunqa təqdim olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında