Qazaxıstan Prezidenti Almatı vilayətindəki "Arkamkerqen" sərhəd zastavasında baş vermiş qanlı hadisəni terror aktı adlandırmışdır

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Almatı vilayətindəki "Arkamkerqen" sərhəd zastavasında 15 nəfərin həlak olması ilə nəticələnən yanğınla əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirmişdir. 
Həlak olan sərhədçilərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verən Qazaxıstanın dövlət başçısı bildirmişdir ki, bu fakt dəqiq araşdırılandan sonra konkret qərar qəbul edilməlidir. Bununla yanaşı, Prezident Nursultan Nazarbayev bu qanlı hadisəni terror aktı hesab etdiyini bildirmişdir.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin direktoru Nurjan Mırzaliev müşavirədə qeyd etmişdir ki, sərhədçilər yatdıqları yerdə diri-diri yandırılmışlar. Həlak olanların cəsədləri yanmış zastavanın qalıqları altından çıxarılmışdır.
Müşavirədə, həmçinin bildirilmişdir ki, respublikanın bütün müvafiq orqanlarının ən təcrübəli əməkdaşları hadisənin araşdırılmasına cəlb edilmişdir.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri 
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında