Nəsimi rayonunda uşaqlar arasında rəsm müsabiqəsi keçirilib

Nəsimi Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə icra hakimiyyətinin yeni inzibati binası qarşısındakı parkda rayonun məktəbəqədər təhsil müəssisələri arasında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rəsm müsabiqəsi keçirilib. 
Tədbiri giriş sözü ilə Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev açıb. Natiq uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələrin bu gün də davam etdiyini vurğulayıb və qeyd edib ki, dövlətimizin diqqət və qayğısı sayəsində uşaqların firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial-müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkili təmin edilir. "Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər Azərbaycan uşaqlarının taleyinə zəmanət verir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Uşaqların müdafiəsinə qoşulmaq, onların hərtərəfli inkişaf etməsi üçün yardım etmək hamımızın borcudur" - deyə o əlavə edib.
Rayonun 123 saylı körpələr evinin musiqi müəllimi Natella Rzayeva, ölkəmizdə uşaqların müdafiəsi üçün böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Balacaların asfalt üzərində çəkdikləri rəsmlər tədbir iştirakçılarında maraq doğurub.
Sonda müsabiqədə fərqlənən 123 saylı körpələr evinə diplom və çəkdikləri gözəl rəsmlərə görə uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında