STAR neft emalı zavodu ərazisinin tikinti üçün hazırlanması işləri sürətlə davam edir

Ötən il oktyabrın 25-də təməli Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuş STAR neft emalı zavodunun ərazisində sahənin tikinti üçün hazırlanması işləri sürətlə davam edir.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, "Petkim" Əliağa kompleksi ərazisindən 10 milyon 500 min kubmetr torpaq daşınacaqdır.
"SOCAR Türkiyə - Energy" şirkətinin rəhbəri, "Petkim" neft-kimya holdinqinin idarə heyətinin üzvü Kənan Yavuzun sözlərinə görə, STAR neft emalı zavodunun istifadəyə vaxtında verilməsi üçün sahətəmizləmə işləri fasiləsiz olaraq hər gün 24 saat ərzində davam edir. Zavod istismara buraxıldıqdan sonra Türkiyənin neft-kimya sektorunun xammaldan asılılığı minimuma enəcəkdir. Egey bölgəsinin iqtisadiyyatına böyük töhfə verəcək müəssisə Əliağa qəsəbəsini Türkiyənin önəmli sənaye mərkəzinə çevirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında