"ÜNS yaradıcılıq səhnəsi"ndə müasir incəsənət üzrə mütəxəssis Tatyana Volkovanın mühazirəsi maraqla qarşılanmışdır

İyunun 2-də müasir incəsənət üzrə mütəxəssis Tatyana Volkova "ÜNS yaradıcılıq səhnəsi"ndə "Sosial yönlü bədii praktika" mövzusunda mühazirə oxumuşdur. 
Mühazirədə "public art"ın sosial rolu diqqətə çatdırılmışdır. Həmçinin mühazirə ötən əsrin 70-ci illərində ABŞ və Qərbi Avropada bədii və sosial-siyasi hərəkatın qarşılıqlı təsiri, ictimai məkanda incəsənətin sonrakı inkişafı, incəsənətin sosial qruplara yönəlməsi, protestlərdə rəssamın yeri və aktual rolu məsələlərini əhatə etmişdir.
Nəzərə çatdırılmışdır ki, incəsənət sahəsində muzey və qalereyalardan kənarda sənət əsərlərinin nümayişi kimi novatorluq ilk vaxtlarda qəbul olunmasa və yaxud təəccüblə qarşılansa da, hazırda incəsənət dünyasında öz yerini tapmışdır.
Tatyana Volkova Moskva Sosial və İqtisadi Elmlər Ali Məktəbində art-menecment magistr dərəcəsini almış, Nyu-Yorkda "Beynəlxalq studiyalar və kuratorluq proqramı"nı tamamlamışdır. O, "Tsarisıno" muzeyində, Dövlət Tretyakov Qalereyasında, "Refleks" qalereyasında, "Qaraj" müasir mədəniyyət mərkəzində kurator fəaliyyəti ilə məşğul olmuşdur. 2009-cu ildən Rusiya boyakarlıq sənəti layihəsi üzrə kuratordur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında