Bakıda Azərbaycan-Türkiyə dostluğunun rəmzi olan məscid tikiləcəkdir

Yaxın vaxtlarda Bakıda Azərbaycan ilə Türkiyə arasında dostluğun rəmzinə çevriləcək məscidin tikintisinə başlanacaqdır.
Bunu jurnalistlərə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir.
O demişdir: "Məscid Azərbaycan və türk xalqları arasında dostluq və qardaşlığı təcəssüm edəcəkdir. Məscidin tikilməsi ideyasını Azərbaycan Prezidenti İlham Əliyev irəli sürmüşdür".
E.İskəndərov vurğulamışdır ki, məscidin tikilməsi ideyası Türkiyə tərəfi ilə müzakirə edilmişdir və məsələ ilə əlaqədar razılıq əldə olunmuşdur. O demişdir: "Azərbaycan Prezidentinin sərəncamına əsasən məscidin tikilməsi üçün yer ayrılmışdır".
Dövlət Komitəsinin sədri demişdir: "Hazırda layihənin texniki detalları üzərində iş gedir, onlar razılaşdırıldıqdan sonra məscidin inşasına başlanacaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında