Xarici İşlər Nazirliyi: Azərbaycan BMT TŞ-də vəzifələrinin öhdəsindən layiqincə gəldi və sədrliyi uğurla başa vurdu

Azərbaycan BMT Təhlükəsizlik Şurasında qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldi və sədrliyi uğurla başa vurdu. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev açıqlama vermişdir:"Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi çox uğurlu keçdi. Azərbaycanın sədrliyi ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi".
E.Abdullayev qeyd etmişdir ki, şuranın ilk iclaslarından Azərbaycan öz öhdəliklərinə çox ciddi yanaşmışdır:
"Azərbaycan Prezidenti mayın 4-də terrorla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı çıxışı zamanı çağırış etmişdi, sonra isə bəyanat qəbul olunmuşdu". Azərbaycanın sədrliyi müddətində 3 qətnamə ( ikisi Sudandakı vəziyyət, biri isə Qvineya-Bisauda hərbi çevrilişlə bağlı), mətbuat üçün yeddi bəyanat qəbul edilmişdir.
Həmçinin, Azərbaycanın sədrliyi ərzində Təhlükəsizlik Şurasının 13 açıq və 16 qapalı iclası keçirilmişdir:"18-24 may tarixlərində TŞ-yə üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin Qərbi Afrika bölgəsinə səfəri baş tutub, 26-27 mayda isə İstanbulda Yaxın Şərqlə bağlı görüşlər keçirilmişdir".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında