"Tütünsüz həyat: sən özün yarat"

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 31 May - Ümumdünya Tütünsüz Günü münasibətilə tədbir keçirilib.
Tədbiri mərkəzin direktoru Ceyhun Məmmədov açaraq bildirdi ki, 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 42-ci sessiyasında 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir. Belə bir günün elan olunması cəmiyyətin diqqətini ağır xəstəliklərə səbəb olan və bəşəriyyəti təhdid edən tütün bəlasına yönəltmək baxımından olduqca vacibdir. Hər il dünyada tütünün yaratdığı xəstəliklərdən 6 milyon insan ölür. XX əsrdə bu səbəbdən 100 milyon insan dünyasını dəyişib. Ekspertlərin fikrincə, XXI əsrdə tütün 1 milyard insanın həyatına son qoyacaq.
Natiq ölkəmizdə də tütünlə, siqaret çəkmə ilə mübarizənin aktual olduğunu bildirdi. O dedi ki, son araşdırmalar göstərib ki, Azərbaycanda kişilərin 50 faizindən çoxu siqaret çəkir və bu qorxulu vərdişlə mübarizə cəmiyyətimiz tərəfindən təxirəsalınmaz, zəruri və gündəlik bir iş kimi qəbul edilməlidir.
C.Məmmədov bu istiqamətdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən görülən müxtəlif işlər barədə məlumat verdi. O bildirdi ki, dünyanın 50-dən artıq ölkəsinin imzaladığı Ümumdünya Səhiyyə Təşkilatının 21 may 2003-cü il tarixli Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasına 2005-ci il noyabrın 1-də Azərbaycan da qoşulub. Bu konvensiya ilk beynəlxalq razılaşmadır ki, tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyir, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.
Tədbirdə Tütünə Qarşı Mübarizə Haqqında ÜST-nin Çərçivə Konvensiyasının ayrı-ayrı maddələrinin rəhbər prinsiplərinin əks olunduğu və İSİM tərəfindən tərcümə və nəşr edilmiş sayca ikinci kitabın təqdimatı oldu. Sonra mərkəzin təşəbbüsü ilə çəkilmiş passiv tütünçəkmənin ziyanı mövzusunda videoçarx nümayiş etdirildi.
Milli Məclisin deputatı Musa Quliyevin və ÜST-nin Azərbaycan üzrə ölkə ofiisinin qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədovanın mövzu üzrə çıxışları dinlənildi.
Qeyd edək ki, İSİM "Tütünsüz həyat: sən özün yarat" devizi altında foto-şəkil müsabiqəsi keçirmişdir. Həmin gün müsabiqəyə yekun vuruldu və qaliblər müəyyənləşdi. İlk üç yeri tutan iştirakçılara pul mükafatı verildi, birinci onluqda olan iştirakçılara sertifikatlar təqdim edildi.

{nl}

A.ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında