Salyan stansiyasında KSM - 005 markalı səyyar qaynaq texnikası sınaqdan keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində işlər sürətlə davam etdirilir. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun 82 kilometri artıq əsaslı təmir olunub və onların 800 metrlik uzunölçülü piletlərlə əvəzlənməsi prosesi davam edir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, uzunölçülü relslərin hazırlanmasını həyata keçirən "Dəmiryolservis" MMC-nin 24 saylı Salyan rels qaynaqlama qatarının bazasının gücləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu məqsədlə artıq Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq gətirilmişdir.
Bu günlərdə Salyan stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun iştirakı ilə KSM-005 markalı səyyar qaynaq texnikası sınaqdan keçirilmişdir. Yeni texnikanın vasitəsilə qaynaq prosesinin yüksək nəticə verdiyini bildirən Q. Nəzirov yeni texnikanın üstünlüklərindən danışmışdır. O, həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir. İndiki halda bu texnikaya daha çox ehtiyac var. Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının tikintisində "Dəmiryolservis" MMC podratçı təşkilat kimi iştirak etdiyi üçün KSM-005 markalı səyyar qaynaq texnikasının gücündən gələcəkdə orada daha çox istifadə ediləcəkdir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov 24 saylı Salyan rels qaynaqlama qatarında quraşdırılan yeni texnoloji xəttin tikintisinə də baş çəkdi. Məlumat üçün bildirək ki, uzunölçülü relsləri qaynaq etmək üçün burada indiyə kimi bir texnoloji xətt fəaliyyət göstərir. Bu ilin yanvar ayından yeni texnoloji xəttin tikintisinə start verilib. Rusiya Federasiyasına "Pskovelektrosvarka" zavodundan yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar artıq gətirilib və sexdə quraşdırılması davam edir. Təxminən iyul ayı ərzində yeni texnoloji xəttin istismara verilməsi nəzərdə tutulur.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında