Astanada dünya dinləri və ənənəvi dinlərin liderlərinin dördüncü qurultayı öz işini başa çatdırmışdır

Qurultayda dünyanın 40 ölkəsindən gəlmiş 85 nümayəndə heyəti iştirak etmişdir. Dini Foruma Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılmışdır. 
Rəsmi bağlanış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qurultayın uğurla keçirildiyini bildirmiş və demişdir ki, tədbirdə mədəniyyətlərin və dinlərin qlobal dialoqu ilə əlaqədar mühüm məsələlər müzakirə olunmuş, dünya birliyinə Müraciət qəbul edilmişdir. Bu sənəddə dini liderlər bütün bəşəriyyəti planetin gələcəyi naminə sülhə, bərabərliyə, ədalətə, quruculuğa çağırmışlar. Qazaxıstan Prezidenti qeyd etmişdir ki, növbəti qurultay 2015-ci ildə keçiriləcəkdir.
Qurultay çərçivəsində keçirilən tədbirlərdə Moskva və bütün Rusiyanın patriarxı Kirill, Dünya İslam Liqasının baş katibi şeyx Abdella ben Muxsin at-Turki, Ümumdünya Məzhəblərin Yaxınlaşması Assambleyasının baş katibi ayətulla Məhəmməd Əli Təsxiri və digər tanınmış din xadimləri iştirak etmişlər.
İki gün davam edən qurultayın bölmə iclaslarında "Davamlı inkişafın əldə edilməsində dini liderlərin rolu", "Din və multikulturalizm", "Din və qadın: mənəvi dəyərlər və müasir problemlər", "Din və gənclik" və digər mövzularda müzakirələr aparılmışdır.
Qurultay iştirakçıları Astanada "Aclıq qurbanları Monumenti"nin açılışında iştirak etmiş, "ALJİR" muzey-memorial kompleksində olmuşlar.
Allahşükür Paşazadə AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, qurultaydakı çıxışımda Azərbaycanda olan tolerantlıq, bütün dinlərə və konfessiyalara dövlətimizin qayğı və diqqəti haqqında məlumat verdim. Azərbaycan üçün ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan tərəfdən işğal edilməsi haqqında söhbət açdım. Qeyd etdim ki, işğal edilmiş ərazilərimizdə məscidlərimiz, kilsələr və digər ziyarətgahlarımız dağıdılmış və yandırılmışdır. Mən ən nəhayət, ikili standartlara son qoyulmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının vacibliyini qurultay iştirakçılarının diqqətinə çatdırdım.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında