Eleftheria ELEFTHERİOU: Mən Azərbaycan kimi bir ölkəni kəşf etmişəm

Mən çox şadam ki, Azərbaycan kimi bir ölkəni kəşf etmişəm. Bura dünyada gördüyüm ən səmimi və mehriban insanların cəmləşdiyi bir məkandır.
Bu fikirləri AzərTAc-a məxsusi müsahibəsində Yunanıstanın "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçisi Eleftheria Eleftheriou səsləndirmişdir.
Bakıda gördüyü qonaqpərvərlik və səmimi qarşılanmadan məmnunluq ifadə edən yunanıstanlı müğənni demişdir: "Bakıda gördüyüm qonaqpərvərliyi heç yerdə görməmişəm. Buranın insanları o qədər səmimi və mehribandırlar ki, sanki öz evindəsən. Bakı elə gözəl və cazibədar bir şəhərdir ki, ondan qopmaq, ayrılmaq mümkün deyil. Buradan ayrılsam da sanki qəlbimi, könlümü burada qoyub gedirəm. Azərbaycana, Bakıya yenidən qayıdacağam. Çünki ölkənizi bir səfər çərçivəsində gəzmək, buranın gözəlliklərini duyaraq yaşamaq mümkün deyildir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında